Qorxudan bağırmaqlarına baxmayaraq, uşaqları zorla maşına basdılar - VİDEO
22:30 / 17.04.2020
5550
Karantin dövründə küçədə olan iki uşağın polislər tərəfindən zorla xidməti avtomobilə salınması ilə bağlı kadrlar sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, mənzərəni pəncərədən izləyən şahid baş verənləri telefonunun yaddaşına köçürüb.
Hadisə Başqırdıstanda qeydə alınıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları yeddi yaşlı oğlan və 13 yaşlı qızın valideynlərinə təhvil verilməsi üçün polis şöbəsinə aparıldığını bildiriblər.
Qeyd edək ki, Başqırdıstanda axşam saat 6-dan günorta saat 1-ə qədər uşaqların küçədə olması qadağandır.
Qızın sözlərinə görə, valideynləri uşaqları evdə tək qoyaraq qonşu regiona gediblər. Bu səbəbdən balacalar taksi ilə qohumlarıgilə getmək istəyiblər. Lakin sürücü onları ünvana çatdırmayıb və uşaqlar yollarına piyada davam ediblər.
Polis əməkdaşları uşaqları valideynlərinə təhvil verib.
Həmçinin onları küçənin ortasında tənha qoyan sürücünün axtarışlarına başlanılıb.
(oxu.az)