Baş nazir “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik etdi

Baş nazir “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik etdi
Baş nazir Artur Rasizadə "Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişikliklər edib.
"Qafqazinfo” xəbər verir ki, siyahıya dəyişiklik "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” prezidentin sərəncamını təmin etmək məqsədi ilə edilib. Dəyişiklik aşağadakı formada edilib:
1. 8-ci hissənin "Təbii inhisara aid edilən fəaliyyət növləri” sütunundan "və paylanması” sözləri çıxarılsın və həmin sütunda "xidmətləri” sözü "xidməti” sözü ilə əvəz edilsin.
2. 9-cu hissənin "Müəssisənin (təşkilatın) adı” sütununda "Abşeron Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri "Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi (Bakı) - Bakı şəhərinin enerji təchizatı və satışı idarələri, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi və Qobustan Rayon Elektrik Şəbəkəsi” sözləri ilə əvəz edilsin.
3. 10-cu hissənin "Müəssisənin (təşkilatın) adı” sütununda "Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri "Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi (Sumqayıt) - Sumqayıt, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayon elektrik şəbəkələri” sözləri ilə əvəz edilsin.
4. 11-ci və 17-ci hissələr ləğv edilsin.
5. 12-ci hissənin "Müəssisənin (təşkilatın) adı” sütununda "Şirvan Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri "Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) - Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri” sözləri ilə əvəz edilsin.
6. 13-cü hissənin "Müəssisənin (təşkilatın) adı” sütununda "Gəncə Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri "Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Gəncə) - Gəncə, Göygöl, Samux, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Qazax və Ağstafa rayon elektrik şəbəkələri” sözləri ilə əvəz edilsin.
7. 14-cü hissənin "Müəssisənin (təşkilatın) adı” sütununda "Mingəçevir Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri "Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (Mingəçevir) - Mingəçevir, Goranboy, Naftalan, Tərtər, Bərdə, Yevlax, Ağdaş, Ucar, Göyçay və Ağsu rayon elektrik şəbəkələri” sözləri ilə əvəz edilsin.
8. 15-ci hissənin "Müəssisənin (təşkilatın) adı” sütununda "İmişli Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri "Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (İmişli) - İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Zərdab, Kürdəmir, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri” sözləri ilə əvəz edilsin.
9. 16-cı hissənin "Müəssisənin (təşkilatın) adı” sütununda "Şəki Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri "Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Qəbələ) - Qəbələ, Şamaxı, İsmayıllı, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon elektrik şəbəkələri” sözləri ilə əvəz edilsin.
10. 18-ci hissənin "Müəssisənin (təşkilatın) adı” sütununda "Bakıelektrikşəbəkə” sözü "Azərişıq” sözü ilə əvəz edilsin.
 

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...