Türkiyədə koronavirusdan ölənlərin sayı 1700-ü ötdü
Dünya
20:30 / 17.04.2020
2113
Türkiyədə daha 126 nəfər pandemiyanın qurbanı olub.
Sfera.az xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 769 nəfərə çatıb.
"Bu gün 40 270 test aparılıb, 4 353 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 78 546 nəfərdir. Bu gün daha 1 542 pasiyent sağaldı, sağalanların ümumi sayı 8 631 nəfərdir", - nazir deyib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 214 000-i ötüb. Bunların 560 309 nəfəri sağalıb, 148 979 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.