Türkiyədə növbəti terror xəbərdarlığı

Türkiyədə növbəti terror xəbərdarlığı
Ötən bazar günü Türkiyənin paytaxtı Ankarada çox sayda insanın ölməsi ilə nəticələnən terror hadisəsi barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) bu ölkədəki səfirliyi öncədən xəbərdarlıq etmişdi.
Sfera.az andpress-ə istinadən xəbər verir ki, bu xəbərdarlığa ABŞ-ın Türkiyədəki səfirliyinə aid internet saytının ingiliscə versiyasında yer verilmişdi.
Martın 11-də "ABŞ vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı” başlığı ilə paylaşılan mesajda Bahçelievler bölgəsinin təhlükəli olduğu bildirilmiş və amerikalıların bu yerdən uzaq olmaları barədə xəbərdarlıq edilmişdi.
Yerli mətbuat ABŞ səfirliyinin növbəti dəfə yeni bir terror hadisəsi barədə xəbərdarlıq yaydığını qeyd edib. Bildirilir ki, ABŞ şirkətlərinə göndərilən mesajda martın 20-də növbəti terror hadisəsi baş verəcəyi barədə xəbərdarlıq olunur. Mesajda, dövlət və hökumət binaları kimi terrorrun ilk hədəfi ola biləcək yerlərdən uzaq olunması tələb edilir, diqqət; ictimai binalara, hərbi yaşayış massivlərinə, diplomatik missiyalara, meydanlara, məbədlərə, turistik mərkəzlərə yönəlmiş təhlükələrə cəlb olunur.
Mesajda həmçinin Novruz bayramının həftə sonuna təsadüf etməsi səbəbindən təhlükənin çoxaldığı vurğulanır: "Kütlələrin toplaşdığı hər yerdən uzaq olun. Hökumət obyektləri, səfirliklər, ticarət mərkəzləri kimi hədəf ola biləcək yerlərdən uzaq olun. Yol hərəkəti istiqamətlərinizi bu həftə üçün göstəriləcək xəbərdarlıqlar istiqamətində dəyişdirin və ya tənzimləyin. Ailənizə və yaxınlarınıza mütəmadi xəbərdarlıqlar edin.” – deyə açıqlamada bildirilir.
Martın 13-də yerli vaxtla saat 18.35-də Türkiyənin paytaxtı Ankaradakı "Qızılay” meydanının yaxınlığında terror hadisəsi baş vermişdi. Kamikadzenin hərəkətdə olan avtomobillə avtobus dayanacağında törətdiyi partlayış nəticəsində rəsmi rəqəmlərə görə 37 nəfər ölmüş, 125 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

OXŞAR XƏBƏRLƏR

Koloradoda antisemit hücumu: Adam mitinqdə yəhudi icmasının üzvlərini yandırmağa çalışdı

Qəzza zolağında israilli girovlara dəstək məqsədilə Kolorado ştatı Boulderdə keçirilən aksiyaya gələn azı 8 nəfər yaralanıb. Mohamed Sabri Soliman adlı bir nəfə...

Prezidentə o kitab hədiyyə edildi - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgis...

Keçmiş “Nəsimi bazarı” yaxınlığında YANĞIN başladı

Bakının Nəsimi rayonunda, keçmiş “Nəsimi bazarı”nın yerində tikilən yaşayış kompleksi ətrafında məişət tullantıları olan sahə yanır.   Bu...

Niyə asiyalılar az qala hər şeydə çubuqlardan istifadə edirlər?

Asiya mədəniyyətlərində yemək çubuqlarının təkcə yemək zamanı deyil, həm də gündəlik həyatda tez-tez istifadə edildiyini fərq etmiş ola bilərsiniz. Xüsusən də x...

Prezidentdən millimizlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandası ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,...

Berbok BMT Baş Assambleyasının Prezidenti seçildi

Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasına prezident seçilib.   Sfera.az xəbər verir ki, sə...