Koronavirusdan sağalan Mələk: "Anam dedi ki, qohum-əqraba bilməsin, ərə gedə bilməzsən"

Koronavirusdan sağalan Mələk:
 

Türkiyədə koronavirusdan sağalan 28 yaşlı Melek Yıldırım yaşadıqlarını danışıb.

Sfera.az xəbər verir ki, gənc qız virusa yoluxduğu üçün ailəsi tərəfindən etirazla qarşılandığını deyir:

"Mart ayının 4-dən 9-na kimi Parisdə oldum. Virusa da elə orada yoluxdum. Türkiyəyə qayıtdıqdan 5 gün sonra halım pisləşdi. Doğum günümdə - 16 martda xəstəxanaya yatırıldım. 

Fransadan döndükdən sonra canlı ünsiyyətdə olduğum səkkiz nəfərin altısında da koronavirus aşkarlandı. İki nəfərin test nəticəsi isə mənfi çıxdı.

Ailəm Madriddədir, Diyarbakırda çalışıram. Elə orada xəstəxanada yatdım. 13 gündən sonra evə buraxıldıqda evimizə zəng vurdum. Atamın ilk sözü bu oldu: "Qızım, evə gəlmə". 

Anam isə testimin cavabı pozitiv çıxdığını öyrənincə ilk reaksiya belə oldu: "Qızım, heç kimə demə. Qohum-əqraba bilməsin, ərə gedə bilməzsən". (baku.ws)


OXŞAR XƏBƏRLƏR