Daha bir il maska taxmalıyıq - ABŞ-dan XƏBƏRDARLIQ
21:00 / 16.04.2020
3257
ABŞ-ın Florida Dövlət Səhiyyə İdarəsinin baş katibi Skott Rivkees, yeni növ koronavirusun (Kovid-19) yayılmasının qarşısını almaq üçün ən azı bir il ərzində maska taxmaq lazım olduğunu bildirib.
Sfera.az xəbər verir ki, baş katib CBS Mayami televiziyasına açıqlamasında "Koronavirusa qarşı peyvənd tapılana qədər maska taxmaq yeni normal halımıza çevrilməlidir. Biz buna özümüzü uyğunlaşdırmalı və qorumalıyıq",- deyib.
Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci və digər mütəxəssislər də 12-18 ay müddətində maska taxmağın vacibliyini vurğulayıblar. (ölkə.az)