Terror qurbanlarının həyat hekayətləri -FOTO LAR

Terror qurbanlarının həyat hekayətləri -FOTO LAR
Ankara terrorunda həlak olan gənclərin həyat hekayələri hər kəsi kədərləndirib. "Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc qurbanlardan olan 16 yaşlı Destina Pəri Parlakın partlayışdan əvvəl və sonra çəkilmiş fotosu dünəndən sosial şəbəkələrdə paylaşılır. Ən böyük xəyalı universitetə girmək olan Pəri 10-cu sinifdə oxuyurdu. Onu tanıyanlar çox çalışqan bir şagird olduğunu, sadə və dürüstlüyünə görə çox sevildiyini qeyd ediblər:

"Atası hələ o doğulmamışdan öncə vəfat edib. Həyatda anasından başqa bir tutunacaq insanı yox idi. Pəri dünyanın ən saf insanı idi. Adı kimi özü də pəri idi. Nə qədər xəyalları var idi”.
Partlayışda həyatını itirənlər arasında 20 yaşlı hüquq fakültəsinin birinci kurs tələbəsi Nusrettin Can və sevgilisi Zeynəb Başak da olub. Axşam evə qayıdan zaman dayanacaqda avtobus gözləyən gənclər dəhşətli hadisənin qurbanı olublar.
Dayanacaqda avtobus gözləyən 23 yaşlı Kərim Sağlam və 15 yaşlı Atakan Eray Özyol da terror qurbanı olub.Universitet tələbəsi olan Kərim həmin gün Eskişehirdən Ankaraya bacısını görmək üçün gəlmişdi. Hadisə baş verən zaman avtobus gözləyən Kərimin bir müddət sonra acı xəbəri ailəsinə çatıb. Bacısı sosial şəbəkədə şəklini paylaşaraq "Ciyərimi söküb getdin. O bombalar mənə gəlsəydi, mən ölsəydim, qardaşım” sözlərini yazıb.
19 yaşlı Elvin Buğra Arslan anası ilə sonuncu dəfə telefonla danışanda "avtobusa minirəm, narahat olma” deyib. Universitet tələbəsi elə avtobusa mindiyi zaman terror hadisəsi yaşanıb və Arslan həyatını itirib. Musiqi ilə maraqlanan gənc idmanın bir neçə növü ilə həvəskar məşğul olurdu.

OXŞAR XƏBƏRLƏR

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat etdi

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.   Qeyd olunub ki,...