Sevgilisi ilə birgə anKARAnın qurbanı oldu - Fotolar

Sevgilisi ilə birgə anKARAnın qurbanı oldu - Fotolar

Ankara terrorunda həlak olan gənclərin həyat hekayələri hər kəsi kədərləndirib. "Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc qurbanlardan olan 16 yaşlı Destina Pəri Parlakın partlayışdan əvvəl və sonra çəkilmiş fotosu dünəndən sosial şəbəkələrdə paylaşılır. Ən böyük xəyalı universitetə girmək olan Pəri 10-cu sinifdə oxuyurdu. Onu tanıyanlar çox çalışqan bir şagird olduğunu, sadə və dürüstlüyünə görə çox sevildiyini qeyd ediblər:

"Atası hələ o doğulmamışdan öncə vəfat edib. Həyatda anasından başqa bir tutunacaq insanı yox idi. Pəri dünyanın ən saf insanı idi. Adı kimi özü də pəri idi. Nə qədər xəyalları var idi”.

Partlayışda həyatını itirənlər arasında 20 yaşlı hüquq fakültəsinin birinci kurs tələbəsi Nusrettin Can və sevgilisi Zeynəb Başak da olub. Axşam evə qayıdan zaman dayanacaqda avtobus gözləyən gənclər dəhşətli hadisənin qurbanı olublar.

Dayanacaqda avtobus gözləyən 23 yaşlı Kərim Sağlam və 15 yaşlı Atakan Eray Özyol da terror qurbanı olub.Universitet tələbəsi olan Kərim həmin gün Eskişehirdən Ankaraya bacısını görmək üçün gəlmişdi. Hadisə baş verən zaman avtobus gözləyən Kərimin bir müddət sonra acı xəbəri ailəsinə çatıb. Bacısı sosial şəbəkədə şəklini paylaşaraq "Ciyərimi söküb getdin. O bombalar mənə gəlsəydi, mən ölsəydim, qardaşım” sözlərini yazıb.

19 yaşlı Elvin Buğra Arslan anası ilə sonuncu dəfə telefonla danışanda "avtobusa minirəm, narahat olma” deyib. Universitet tələbəsi elə avtobusa mindiyi zaman terror hadisəsi yaşanıb və Arslan həyatını itirib. Musiqi ilə maraqlanan gənc idmanın bir neçə növü ilə həvəskar məşğul olurdu.


OXŞAR XƏBƏRLƏR

Bloqqer cərrahdan bərbad karyera üçün milyonlarla pul tələb edir - FOTO

Böyük Britaniyadan olan gözəllik bloqqeri Danielle Mansutti cərrahı məhkəməyə verərək ondan 1,7 milyon funt-sterlinq təzminat tələb edir.   Sfera.az bi...

Qadın lotereyada 2,5 milyon dollar qazandı: Kasıba verdiyi gödəkçənin cibində getdi

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 76 yaşlı Mildred Simoneriluto lotereyada 2,5 milyon dollar qazanıb. Lakin lotoreya bileti təsadüfən onun xeyriyyə təşkilatı...

Ustalar tikinti zamanı divarın altında qızıllarla dolu xəzinə tapdılar - FOTO

Fransada “Dordon” departamentinin bərpa işləri zamanı qızıl və almazdan ibarət xəzinə tapılıb. Zərgərlik əşyaları qədim daş divarın altında gizlədil...

Qeyri-adi doğuş: 4 aylıq fərqlə doğulan əkizlər - FOTOLAR

Körpələrdən biri ABŞ-da surroqat ana ilə, digəri isə gözlənilməz və təbii hamiləlikdən sonra dünyaya gəlib.   Bu qeyri-adi hekayə itki ilə başlayıb. 20...

Qadın 10 ildir özünə heç nə almır: Puldan tamamilə imtina edib

Joe Nemethin (Co Nemet) stabil maaşı, ipoteka krediti və maşını yoxdur. O, on ildir ki, yeni heç nə almır və nadir hallarda alış-verişə gedir. Bununla belə, o, ...

İran hava məkanını bağlayır - Ordu döyüş vəziyyətinə gətirilir

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.   Sfera.az xəbər verir ki, bu ba...