Gürcüstanın 4 böyük şəhərinə giriş-çıxış bağlandı
Dünya
23:15 / 15.04.2020
1835
Gürcüstanın dörd böyük şəhərinə – Tbilisi, Rustavi, Batumi və Kutaisi koronavirusun yayılmasının qarşısının alınması məqsədilə 10 gün müddətinə giriş-çıxış bağlanıb.
Sfera.az xəbər verir ki, bu gün saat 21:00-dan etibarən şəhərlərə giriş-çıxış tam qadağan olunub.
Şəhərlərdə istənilən növ nəqliyyat növünün hərəkəti məhdudlaşdırılıb. Qadağalar ölkədaxili və beynəlxalq yük daşımalarına şamil olunmur.