Polis maşınının şüşəsini sındırdı, serjantı xəstəxanalıq etdi – HACIQABULDA

Polis maşınının şüşəsini sındırdı, serjantı xəstəxanalıq etdi – HACIQABULDA

Hacıqabulda əmrə tabe olmayan sürücüyə cinayət işi açılıb.

Sfera.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, aprelin 14-də saat 13 radələrində Bakı-Qazax yolunun 60-cı km-də qurulmuş postda Tərtər rayon sakini E.Məmmədov idarə etdiyi "Mercedes” markalı avtomobillə polis əməkdaşlarının "saxla” əmrinə tabe olmayıb. O, hərəkətini davam etdirərək Bakı-Qazax yolunun 113-cü km-də qurulmuş postda xidmət aparan Şirvan şəhər Polis Şöbəsinin Post Patrul Xidməti Bölyünün polis nəfəri, polis kiçik serjantı M.Mirzəlini vurub hadisə yerini tərk edib. M.Mirzəli sol əlinin bilək nahiyəsinin sınığı ilə Şirvan şəhər mərkəzi xəstəxanaya yerləşdirilib.

Görülmüş tədbirlərlə E.Məmmədov və sərnişinləri, Bakı şəhər sakinləri N.Hüseynzadə və A.Fətəliyev avtomobillə birgə saxlanılıb. Araşdırma aparılması üçün Hacıqabul rayon Polis Şöbəsinə təhvil verilib.

E.Məmmədov rayon Polis Şöbəsinə məxsus xidməti "Ford” markalı avtomobilə əyləşdirilərkən arxa sağ şüşəni təpiklə sındırıb.

Faktla əlaqədar Hacıqabul rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139 (zöhrəvi xəstəlikləri yayma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsi Şərqi Aralıq dənizi üzərindən geri Bakıya dönür

AZAL-ın Bakı-Dammam (Səudiyyə Ərəbistanı) marşrutu üzrə uçan təyyarəsi Şərqi Aralıq dənizi üzərində geri dönür.   Sfera.az bu barədə "Flightrada...

Paytaxtın bu ərazisində 4 saat işıq olmayacaq

Yeni Ramana qəsəbəsinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisinə daxil olan hissəsində 24 iyun tarixində 6 kV-luq hava xət...

ABŞ-ın Bəhreyn və Küveytdəki bazalarında hava hücumu XƏBƏRDARLĞI

ABŞ-nin Bəhreyn, Küveyt və Qətərdəki bazalarında hava hücumu xəbərdarlığı elan edilib.   Sfera.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya ...

Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib - VİDEO

Aşağı Güzdək qəsəbə məscidinin imamı Turab Tahirovun Quran dərslərinə qatılan 16 yaşlı qızı qaçırması ilə bağlı yayılan məlumatlar bir neçə gündür ict...

Tramp təcili iclas ÇAĞIRDI

ABŞ Prezidenti Donald Tramp İranın Amerika hərbi bazalarına zərbələrindən sonra ABŞ-ın ali rəhbərliyini təcili iclasa çağırıb.   Sfera.az xəbər ...

Qətər XİN: İranın təcavüzunə birbaşa cavab vermək hüququmuz var

Qətər “Sepah”ın “Əl-Üdeyd” bazasına raket hücumunu “Qətərin suverenliyinin və hava məkanının, həmçinin BMT Nizamnaməsinin pozulmas...