Polkovnikdə koronavirus aşkarlandı - Rusiya ordusunda HƏYACAN

Polkovnikdə koronavirus aşkarlandı - Rusiya ordusunda HƏYACAN

Rusiya Silahlı Qüvvələrində koronavirusa yoluxanlar haqda məlumat yayılıb.


Sfera.azlenta.ru-ya istinadla bildirir ki, Rusiya ordusunda ən azı üç koronavirusa yoluxma halı rəsmi təsdiqini tapıb.

 

Mənbədən verilən məlumata görə, evdə müalicə alan 1994-cü il təvəllüdlü praporşik yoluxanlar sırasındadır. Onunla 10 nəfərin təmasda olduğu məlumdur. Moskvanın Kommunarka kəndindəki xəstəxanada isə polkovnik rütbəli daha bir hərbçi müalicə olunur. Polkovnikin vəziyyəti kafi qiymətləndirilir. Şimal donanmasının miçmanı da koronavirusa yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, onunla 51 nəfər təmasda olub.

 

"Kommersant" nəşrinə müsahibə verən adının çəkilməsini istəməyən səlahiyyətli söyləyib ki, digər virus daşıyıcıları ilə təmasda olduqları üçün ən azından 133 nəfər hərbçi təcrid edilərək həkim nəzarəti altında saxlanır. Hazırda həmin şəxslərdə yoluxucu xəstəliklərin əlamətləri müşahidə olunmur.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin aprelin 13-də Silahlı Qüvvələrin Rusiyada koronavirusun yayılmasına qarşı mübarizəyə cəlb edilməsinə icazə verib. Dövlət başçısı xatırladıb ki, Rusiya hərbçiləri hazırda İtaliyada koronavirusla mübarizə aparanlara yardım edir, onun sözlərinə görə, ordunun ehtiyatda olan əsas qüvvələri hələlik infeksiya ilə mübarizəyə cəlb edilməyib.


Martın sonunda Putin aprelin 1-dən hərbi xidmətə çağırışın başlanmasına dair fərman imzalıb. Çağırış iyulun 15-də başa çatacaq. Hərbi çağırış müddəti keçən illə müqayisədə dəyişməz qalıb. Silahlı qüvvələrin sıralarına qatılacaq əsgərlərin sayı da dəyişməyib. Sənədə görə, aprelin 1-dən etibarən 135 min nəfər əsgəri xidmətə yollanacaq. Rusiya Müdafiə Nazirliyi koronavirusun yayılması səbəbindən hərbi komissarlıqları online xidmətə keçirib. Hərbi komissarlıqları ziyarət etmək zərurətini aradan qaldırmaq məqsədi ilə bütün zəruri məlumatlar telefonla dəqiqləşdirilir.


Xatırladaq ki, son məlumatlara görə, Rusiyada taclı virusa yoluxanların ümumi sayı 21102 nəfərə çatıb, 170 nəfər dünyasını dəyişib, 1694 nəfər isə müalicə alır.

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR