İlham Əliyev Yan Hamaçeki qəbul etdi

İlham Əliyev Yan Hamaçeki qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev Çexiya parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az-ın məlumatına görə, dövlət başçısı Y.Hamaçeklə həm Azərbaycanda, həm də Çexiyada keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Prezident İlham Əliyev Çexiya parlamentinin Deputatlar Palatasının sədrinin böyük nümayəndə heyəti ilə Bakıya səfərini iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələləri yenidən nəzərdən keçirmək, əlaqələrimizin inkişafına təkan vermək və gələcəkdə görülə biləcək işləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğulayıb.
Y.Hamaçek isə dövlət başçıları arasında çox yaxşı qarşılıqlı təmasların olduğunu qeyd edib. İkitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən qonaq hər iki ölkənin prezidentlərinin bu əlaqələrin inkişafına böyük töhfə verdiyini vurğulayıb. O, ölkələrimizin parlamentləri arasında da yaxşı əməkdaşlığın mövcud olduğunu bildirib.
Ölkəmizə sonuncu dəfə Bakıda keçirilən birinci Avropa Oyunları zamanı səfər etdiyini məmnunluqla xatırlayan Y.Hamaçek Oyunların qısa müddət ərzində yüksək səviyyədə təşkili münasibətilə ölkəmizi və şəxsən prezident İlham Əliyevi bir daha təbrik edib.
Bakının artıq Avropanın idman paytaxtına çevrildiyini qeyd edən qonaq ölkəmizdə bu dəfə Formula 1 yarışlarının keçirilməsinin bunun daha bir göstəricisi olduğunu deyib.
Prezident İlham Əliyev Formula 1 yarışlarının Bakıda keçirilməsinin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən danışıb. Dövlət başçısı bu yarışın tamaşaçı auditoriyası baxımından Yay Olimpiya Oyunları ilə eyni səviyyədə tutulduğunu qeyd edib və tədbirin ölkəmizə olan marağı daha da artıracağına əminliyini bildirib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən enerji, bank sektoru, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...