“Koronavirusun dünyanı hansı bəladan xilas etdiyini bilsəz, ona minnətdar olarsız ” – Tanınmış numeroloq
21:45 / 14.04.2020
6779
İnsanlar koronavirusa görə əslində şükr etməlidirlər. Bu virus bütün insanlığı böyük qlobal bir bəladan xilas edib.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu sözləri tanınmış rusiyalı astoloq, veda numeroloq Alla Novokreşenova açıqlayıb.
Astroloq FAH agentliyinə verdiyi açıqlamada pandemiyanın dünyanı iri miqyaslı, azı 15 ölkənin qoşulacağı müharibədən xilas etdiyini bildirib.
Alla bildirib ki, hazırda planetar xəritədə Mars öndədir və çox güclüdür. O Saturnla birləşib.
"Planetlərin ötən ilin sonundan və 2020 əvvəlindən vəziyyəti müharəbini göstərirdi. Bunu illər öncə də bir çox astroloqlar bildirib. Açığı biz dəhşətli müharibə anonsu gözləyirdik, amma koronavirus hamını tərs köşəyə saldı. Marsın Saturna birləşməsi tarix boyu müharibə vəziyyəti demək olub.
Koronavirus hazırki nümureloji hesablamalara görə, Avropa və Amerikanı çox zədələyəcək. Amma əminəm ki, bu virus dünyanı böyük müharibədən xilas etdi. Bunu yaxın illərdə görəcəyik. Bu müharibə II dünya müharibəsi kimi olacaqdı. Ona görə hesab edirəm ki, hətta planetləri belə səhv çıxarmağı bacaran koronavirusa minnətdar olmayıq".
Astroloq Rusiyada virus pandemiyasının mayın 10dan doğru zəifləyəcəyini və iyunun sonlarına doğru karantin rejiminin qalxacağını bildirib.