Koronavirus pandemiyası günlərində oruc tutmaq olar? – Mütəxəssis və dinşünaslar “yox” deyir

Koronavirus pandemiyası günlərində oruc tutmaq olar? – Mütəxəssis və dinşünaslar “yox” deyir

"Hazırkı vəziyyətdə immun sistemini, sağlamlığı qorumaq orucdan daha vacibdir”.


Sfera.az-a açıqlamasında bu sözləri koronavirusun tüğyan etdiyi bir zamanda yaxınlaşan Ramazan ayında insanların oruc tutmasının onların immunitetini zəiflədəcəyi məsələsinə münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:


"Ümumiyyətlə, pandemiyanın davam etdiyi bir dövrdə oruc tutmaq məqsədəuyğun sayılmır. Çünki immun sistem bunu etməyə imkan vermir. Xüsusilə də indiki şəraitdə çoxsaylı insanların səhhəti buna imkan verməz. Orucluq tək dinlə bağlı amil deyil, ciddi bir məsələdir”.


Həkim oruc tutmağı təxirə salmağı məsləhət gördü: "Hesab edirəm ki, onu bir müddət təxirə salmaq olar. Sonradan, qəza olaraq tutmaq olar.Hesab edirəm ki, insanlar özləri qərar versələr yaxşıdır. Ancaq düşünürəm ki, yaranmış situasiyada immun sistemini, sağlamlığı qorumaq orucdan daha vacibdir”.

"Koronavirus aradan qalxdıqdan sonra orucu davam etdirmək olar”.


Sayta açıqlamasında bunu isə dinşünas Vaqif Cəliloğlu söylədi: "Pandemiya dövründə evdə qalmaq tövsiyyə edilir. Əslində dini anlama görə bu böyük cihaddır. Buna Cihahi-Əkbər deyilir. Yəni, insanın nəfsinə qarşı özünü səfərbər etməsi. Bu cihad bəlkə də kim bilir, qarşıdakı Ramazanda orucların yüngül keçirilməsi üçün bir məşqdir. Unutmayaq ki, Kəbə, namaz, oruc, fitrə, zəkat, bütün dini ehkamların hamısı insan tərəfindən, Allahın yerdəki xəlifəsi tərəfindən edilir. Bu xəlifə xəstə, koronavirusa qarşı immuniteti zəif olarsa, onun orucunun heç bir fəziləti ola bilməz.İnsan özünü qorumalıdır. Oruc insanın immun sistemini zəiflədərsə, ondan imtina etməli, yalnız koronavirus aradan qalxdıqdan sonra orucunu davam etdirməlidir”.


Elçin


OXŞAR XƏBƏRLƏR