Koronavirus xəstələrinə qulluq edən tibb bacısı: “Biz dəmirdən deyilik” - VİDEO
00:45 / 14.04.2020
3031
Nyu-York şəhərində koronavirusa yoluxan xəstələrə xidmət edən tibb bacısının təsirli müraciəti yayımlanıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı tibb bacısı Deniell Şmoll bildirib ki, COVID-19 virusundan əziyyət çəkən xəstələrə kömək etmək məqsədilə Nyu-Yorka gəlib.
Videomüraciətdə D.Şmoll söyləyir ki, artıq palatalara daxil olub xəstələrin öldüyünü görə bilmir.
Tibb bacısı qeyd edir ki, ən çətini koronavirusdan ölən xəstənin yaxınlarına bu xəbəri çatdırmaqdır.
D.Şmoll çıxışının sonunda insanları bir-birinə mərhəmət göstərməyə və həkimlərin "dəmirdən” olmadığını başa düşməyə çağırış edir.