Hövsanda silahlı basqın

Hövsanda silahlı basqın
Ötən bazar günü maska taxmış, iki vinçestr və "Makarov” tipli tapança ilə silahlanmış naməlum şəxslər Bakının Hövsan qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əhmədov Zaur Mustafa oğlunun evinə soxulublar.  
Oxu.Az xəbər verir ki, bu barədə Sputnik-ə Bakının Suraxanı rayon Polis İdarəsindən bildiriblər.
Cinayətkarlar Əhmədovun evinə açıq qapıdan saat 20:10 radələrində giriblər. Bu zaman ailə üzvləri evdə olub. Zərərçəkənlərin sözlərinə görə, cinayətkarlar dörd nəfər olub, onlardan üçü maska geyinmişdi. Odlu silahdan başqa quldurlarda bıçaq da olub.
Cinayətkarlar Əhmədovun evində iki dəfə tavana güllə atıblar. Daha sonra onlardan biri evin sahibinin 1993-cü il təvəllüdlü qardaşı Kamal Əhmədovu döyüb. Ailəni nişan alaraq qarətçilər pul tələb ediblər. Bu yolla cinayətkarlar 8 min manat əldə ediblər.
Törətdikləri əməldən sonra cinayətkarlar naməlum istiqamətdə qaçıblar. Hazırda əməliyyatçılar şübhəlilərin kimliyinin müəyyənləşdirilməsi ilə məşğuldurlar. Zaur Əhmədovun pulunun olması barədə cinayətkarların bildiyinə dair versiya var.
Bununla yanaşı qeyd edək ki, son aylarda paytaxtda və regionlarda bir neçə silahlı basqın hadisəsi baş verib. Bu tendensiya ölkədə kriminogen vəziyyətin kəskinləşməsinə işarə edir, belə ki, mütəşəkkil cinayət qruplarının sayının artmasını göstərir.
Hüquq-mühafizə orqanı əməkdaşlarının sözlərinə görə, hazırda respublikanın DİN rəhbərliyi cinayətkarlıqla ciddi mübarizə aparır.
Bu məqsədlə Azərbaycan Prezidenti "Vətəndaşların asayişin qorunmasında iştirakının təmin edilməsinə dair” Fərman imzalayıb. Daxili İşlər Naziriliyinə vətəndaşların ictimai asayişin qorunması, vətəndaşların cəlb edilməsi üçün lazımi tədbirləri görmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...