Koronavirusun siqaret çəkənlər üçün təhlükəsi izah olundu
Dünya
16:30 / 12.04.2020
5035
Siqaret çəkənlərin koronavirusa yoluxmaması ilə bağlı yayılmış mifi növbəti dəfə rədd ediblər.
Rusiyanın Onkoloji Elmi Mərkəzinin profilaktika şöbəsinin rəhbəri Vladimir Levşin "Sputnik” radiosuna müsahibəsində bu barədə danışıb.
O qeyd edib ki, hazırda guya siqaretin koronavirusdan qoruması ilə bağlı müxtəlif yanlış fikirlər səslənir:
"Bu, əlbəttə ki, cəfəngiyyatdır. Siqaret çəkmək koronavirusdan xilas etmir, əksinə, siqaret çəkənlərdə olan xəstəliklər bu virusu özünə cəlb edir”.
Alimin sözlərinə görə, 5-6 il siqaret çəkənlərdə xroniki bronxit xəstəliyi yaranır ki, bu da sətəlcəm riskini bir neçə dəfə artırır.