Bu şəhərdə karantin rejimində gəzmək üçün heyvan kostyumu geyinirlər - VİDEO
14:00 / 12.04.2020
4621
Ukraynanın Odessa şəhərində sakinlər karantin rejimi vaxtı gəzmək üçün heyvan kostyumu geyinirlər.
Sfera.az xəbər verir ki, martın 12-dən etibarən koronavirus epidemiyası ilə əlaqədar ölkədə ümummilli karantin elan edilib.
"Odessa sakinləri heyvan gəzdirməyə də izn verilən ümummilli karantin tələblərinə özlərinəməxsus yumorla yanaşıblar. İnternetdə nağıl qəhrəmanlarının geyimində gəzən insanlar barədə videolar yayılıb”, - deyə nəşr bildirib.