Alimlərdən qorxunc açıqlama: Dünyada üç növ koronavirus var

Alimlərdən qorxunc açıqlama: Dünyada üç növ koronavirus var
 Alimlər dünyada üç növ koronavirusun yayıldığını elan ediblər.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, virusun genetik tarixinin təhlilindən sonra Kembricdən olan tədqiqatçılar onun bütün dünyada yayılması zamanı mutasiyaya uğradığı qənaətinə gəliblər.

İnsanlara ötürülən virusun mənbəyi olan "A tipi” Avstraliya və ABŞ-da daha çox yayılıb. 

Daha sonra bu virus Çində epidemiyaya səbəb olan "B tipi”nə mutasiya edib.

Avropa sakinlərində isə "B tipi”nin törəməsi olan "C tipi”nə daha çox rast gəlinir.

Alimlər koronavirusun mutasiyasının davam etdiyini vurğulayırlar.

OXŞAR XƏBƏRLƏR