"Napoli"nin hücumçusu komandadan ayrılır
İdman
14:15 / 11.04.2020
2251
"Napoli" hücumçusu Dris Mertenslə yollarını ayıracaq.
Sfera.az xəbər verir ki, belçikalı futbolçu rəhbərliyin yeni müqavilə təklifini rədd edib.
Bir müddət əvvəl rəhbərliklə arasında soyuqluq yarandığı üçün bir neçə gün bazaya getməyən Mertens cərimələnmişdi. 33 yaşlı forvard artıq gücünü başqa klubda sınamaq qərarına gəlib. O, eyni zamanda koronavirus pandemiyası səbəbindən klub işçilərinin çıxarılmasına da etirazını bildirib.
Qeyd edək ki, Dris Mertensin "Napoli" ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.