Beynəlxalq Çempionlar kuboku ləğv olunub
İdman
12:15 / 11.04.2020
3230
Futbol üzrə Beynəlxalq Çempionlar kuboku ləğv olunub.
Sfera.az xəbər verir ki, 2020-ci ildə keçirilməli olan yoldaşlıq turniri təşkil olunmayacaq.
Buna koronavirus pandemiyası səbəb olub. Təşkilatçıların yaydığı bəyanatda turnirin gələn il baş tuta biləcəyi əks olunub: "Məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı, həmçinin beynəlxalq təqvimlə bağlı qeyri-müəyyənlik olduğundan turnirin keçirilməsi mümkünsüzdür. 2021-ci ildə ən yaxşı klublar və unudulmaz matçlarla qayıdacağımıza ümid edirik”.
Qeyd edək ki, 2013-cü ildən ənənəvi olaraq keçirilən turnirdə dünyanın aparıcı klubları iştirak edir. Hər ilin yayında bu komandalar müxtəlif ölkələrdə -əsasən də ABŞ və Asiyada üz-üzə gəlir.