"Çelsi" Kanteni satmaq niyyətindədir
İdman
11:45 / 11.04.2020
3662
İngiltərənin "Çelsi" klubu fransalı yarımmüdafiəçi N'qolo Kanteni satmaq niyyətindədir.
Sfera.az-ın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə "90min" portalı məlumat yayıb.
Məlumata əsasən, 29 yaşlı yarımmüdafiəçini İspaniyanın "Real" (Madrid) və Fransanın "Pari Sen-Jermen" (PSJ) klubları almaq istəyirlər.
"Transfermarket" portalının məlumatına əsasən, N.Kantenin "Çelsi" ilə hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının 30-dək nəzərdə tutulub. Fransalı futbolçunun transfer qiyməti 80 milyon avro təşkil edir.
Qeyd edək ki, N.Kante cari mövsümdə "Çelsi"nin heyətində 22 oyun keçirib və 3 qol vurub.