Cüdoçumuzdan qızıl medal

Cüdoçumuzdan qızıl medal

Mərakeşin Kasablanka şəhərində cüdo üzrə Afrika açıq çempionatına yekun vurulub.

Milli.Az-ın məlumatına görə, yarışın sonuncu günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Belə ki, cüdoçularımız mötəbər turnirdə 3 medal qazanıblar.
 
100+ kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşanqi Kokauri ilk qarşılaşmasında Mərakeş təmsilçisi Mustafa Abdellaouiniye qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda rusiyalı cüdoçu Stepan Sarkisyani məğlub edən təmsilçimiz finala yüksəlib. Həlledici qarşılaşmada Fransa cüdoçusu Sedrik Medeufu üzərində qələbə qazanan Kokauri qızıl medala sahib olub.
 
90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev yarımfinala gedən yolda italiyalı Covanni Karollo və polşalı Patrik Çexomski üzərində qələbə qazanıb. Yarımfinalda Slovakiya təmsilçisi Milan Randla qalib gəlib. Lakin finalda Əlcəzair cüdoçusu Abderrəhman Benamadiyə uduzaraq gümüş medal qazanıb.
 
90 kq çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Ramin Qurbanov ardıcıl olaraq polşalı Piotr Kuçzeranı və ispaniyalı Pedro Qonzales məğlub edib. Yarımfinalda Əlcəzair cüdoçusu Abderrəhman Benamadiyə uduzsa da, bürünc medal uğrunda görüşdə polşalı rəqibi Patrik Çexomskiyə qalib gəlib.

81 kq çəki dərəcəsində mübarizə aparan Elvin Əhmədli turnirdə 7-ci olub.
 
Digər cüdoçularımız Rüstəm Alimli, Ziya Namazov (hər ikisi 81 kq) və Cəlili Şükürov (100 kq) mübarizəni erkən dayandırıblar.
 
Bununla da Azərbaycan milli komandası Mərakeşin Kasablanka şəhərində keçirilmiş cüdo üzrə Afrika açıq çempionatında çıxışına 3 medal (1 qızıl, 1 gümüş və 1 bürünc) qazanaraq yekun vurub.


OXŞAR XƏBƏRLƏR

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləribataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat etdi

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.   Qeyd olunub ki,...

Emin Ağalarov: "Plyuşenko çempionlar yetişdirəcəyinə söz verib"

Azərbaycanın Xalq artisti, iş adamı və müğənni Emin Ağalarov Azərbaycanda fiqurlu konkisürmə idmanına marağı niyə yüksəltmək qərarına gəldiyini, bu səbəbdən buz...