Türkiyə millisinin futbolçusu karantinə alındı

Türkiyə millisinin futbolçusu karantinə alındı
 

Türkiyə millisi və Almaniyanın "Union Berlin" klubunun futbolçusu Yunus Mallı karantin altına alınıb.

Sfera.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin baş məşqçisi Urs Fişer açıqlama verib.

54 yaşlı mütəxəssis 28 yaşlı yarımmüdafiəçinin hazırda öz evində təcrid olunduğunu bildirsə də, onun koronavirusa yoluxub-yoluxmadığı barədə məlumatının olmadığını söyləyib.

Futbolçunun bu səbəbdən, komandanın məşqlərində iştirak edə bilmədiyi qeyd olunub.


OXŞAR XƏBƏRLƏR