Koronavirusda YENİ TƏHLÜKƏ - Mütəxəssis xəbərdarlıq edir
Dünya
23:45 / 08.04.2020
6762
COVİD 19 virusu saçlardan da orqanizmə keçə bilər.
Sfera.az xəbər verir ki, bu barədə mütəxəssislər bildirir.
Türkiyə Səhiyyə Nazirliyi yanında Elmi Qurumun üzvü Füsun Eyuboğlu qeyd edib ki, xəstə insanın tənəffüs yollarından çıxan damcılar başqasının saçında qalıbsa, həmin şəxs saçına, daha sonra üzünə toxunduqda virus orqanizminə düşə bilər.
Professor geyimlərin yuyulmasına da xüsusi diqqət ayrılması barədə danışıb. Koronavirusun cansız səthdə uzun müddət canlı qalmadığını diqqətə çatdıran Eyuboğlu qısa müddət geyinilən geyimlərin yuyulmasına gərək olmadığını bildirib.
Onun sözlərinə görə, geyimləri tez-tez yumaq və çimmək gigiyenik qaydaların təməlidir. (publika.az)