İlham Əliyev George Leukanın etimadnaməsini qəbul edib – FOTO

İlham Əliyev George Leukanın etimadnaməsini qəbul edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Moldova Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiriGeorge Leukanın etimadnaməsini qəbul edib. 

Sfrera.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir George Leuka fəxri qarovul dəstəsinin qarşısından keçib. George Leuka etimadnaməsini dövlət başçısına təqdim edib.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin uzun illər ərzində müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bu münasibətlərin möhkəmləndirilməsi işində səfirin fəal çalışacağına ümidvar olduğunu bildirib. 

Azərbaycan-Moldova əməkdaşlığının, xüsusilə iqtisadi sahədə yeni istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev iki ölkənin qarşılıqlı ticarət və investisiya potensialından kifayət qədər istifadə olunmadığını deyib. Dövlət başçısı ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. 

Ölkələrimizin Avropa İttifaqının ümumi proqramlarında iştirak etdiklərini vurğulayan Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığımızın qənaətbəxş olduğunu deyib. Səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin, o cümlədən iqtisadi sahədə əməkdaşlığımızın inkişafı işinə töhfə verəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı George Leukaya fəaliyyətində uğurlar arzulayıb.

Moldovanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri George Leuka ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb. George Leuka Moldova-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığımızın və dostluq münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

 


OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...