Azərbaycan Berlində erməni təxribatına etiraz etdi

Azərbaycan Berlində erməni təxribatına etiraz etdi
Azərbaycan 9-13 mart tarixlərində Berlində keçirilən Beynəlxalq Turizm Sərgisindən vaxtından əvvəl ayrılıb.
Oxu.Az xəbər verir ki, Azərbaycanın Almaniyadakı Səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan ötən illərdə olduğu kimi bu il də Berlində keçirilən Beynəlxalq Turizm Sərgisində (ITB) iştirak edir: 
"İştirak zamanı məlum olub ki, özünü "Qarabağ” adlandıran pavilyonda Dağlıq Qarabağda mövcud olan separatçı rejim reklam edilir və bu məqsədlə sərgi ziyarətçilərinə təbliğat materialları paylanılır. Erməni mətbuatı da həmçinin qondarma "Dağlıq Qarabağ Respublikasının” sərgidə "uğurlu iştirakı” barədə məlumatlar yayıb. 
Qondarma "respublika” əslində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış beynəlxalq hüquqa zidd rejimdir. Bu mövqe həm Birləşmiş Millətlər Təşkilatı, həm də Almaniya Federativ Respublikası hökuməti tərəfindən bölüşülür.
Bu, Azərbaycana qarşı növbəti erməni provokasiyasıdır. Göründüyü kimi, dinc turizm sərgisi də Ermənistanın beynəlxalq hüquqa zidd işğalçı siyasəti üçün sui-istifadə edilir: Bu dəfə Berlin Beynəlxalq Turizm Sərgisində sözü gedən pavilyonun sahibi olan  "Ermənistan və Qafqaz Turizm İnkişaf Agentliyi” adlı təşkilatın əli ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi haqda yanlış məlumatları özündə birləşdirən təbliğat materialları yaymağa cəhd edilir”.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin əleyhinə yönəlmiş belə bir aksiya artıq bir dəfə 2009-cu ildə keçirilən Beynəlxalq Turizm Sərgisində  həyata keçirilib. O zamandan bəri ITB rəhbərliyi belə bir provokasiyanın təkrarlanmaması üçün çalışıb və buna da son illərdə nail olub. Bunun nəticəsində  Azərbaycanın, bu ilki sərgi istisna olmaqla, İTB-də uğurlu iştirakı mümkün olub: 
"2016-cı il ITB-sində sözü gedən pavilyonun fəaliyyəti Azərbaycan tərəfi üçün qəbuledilməzdir və bu nəinki beynəlxalq hüququn norma və prinsipləri, eləcə də ITB-nin sərgilərlə bağlı müəyyən olunmuş Fəaliyyət Qaydaları (8-ci paraqraf), İTB-in keçirildiyi Messe Berlin sərgi kompleksinin Fəaliyyət Qaydaları (12-ci paraqraf, 2-ci abzas), habelə Ümumdünya Turizm Təşkilatının müəyyən etdiyi Etik Qaydaları ilə ziddiyyət təşkil edir.
 
ITB rəhbərliyinin bu səpgidə siyasi təbliğat plakatları və materiallarının aradan qaldırılması ilə bağlı öhdəliyini qəbul etməsinə baxmayaraq,  sözügedən pavilyon öz işini maneəsiz şəkildə davam etdirir. Təəssüf ki, qeyd olunan fəaliyyətin qarşısının alınması üçün ITB rəhbərliyinin hər hansı effektiv tədbir görməsi nəzərə çarpmır. Azərbaycan tərəfi sözügedən sərgidə bu şərtlər daxilində öz iştirakını davam etdirməyi mümkün hesab etmir və öz pavilyonunu bağlamağa məcburdur".
 
Daha sonra qeyd olunub ki, ITB ilə bu günə qədər həyata keçirilən uğurlu əməkdaşlığı nəzərə alaraq yaranmış bu vəziyyət xüsusilə təəssüfedicidir və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə kobud şəkildə hörmətsizlik edilən bir sərgidə iştirak qeyri-mümkündür: 
"Belə bir hadisənin özünün ATƏT sədrliyi çərçivəsində ATƏT məkanındakı həlli gecikən münaqişələrin həll edilməsinə töhfə verilməsini əsas prioritetlərindən biri elan edən Almaniyada baş verməsi xüsusilə təəssüfedicidir”.

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...