Məşhur müğənni mahnısının karantin versiyasını paylaşdı - VİDEO

22:30 / 07.04.2020
6634
Məşhur müğənni Ariana Qrande sosial şəbəkə hesabında "My Everything” mahnısının karantin versiyasını paylaşıb.
Mahnını öz evində - karantin günlərində ifa edən müğənniyə prodüser Tommi Braun yardım edib.
"Tommi və mən sizinlə virtual sevgimizi paylaşırıq. Ümid edirəm ki, siz sağlamsınız, şüurlusunuz və maksimum dərəcədə yaradıcılıqla məşğulsunuz”, - mahnının yeni versiyasını təqdim edən müğənni bildirib.