Bu ölkə koronavirusa QALİB GƏLDİ

Bu ölkə koronavirusa QALİB GƏLDİ
 

Koronavirusla əlaqəli xoş xəbərlər də var. 76 nəfərin öldüyü Norveçin koronavirusu nəzarət altına aldığı açıqlanıb.

Sfera.az  xəbər verir ki, Norveçin Səhiyyə naziri Bent Höye açıqlama verib: "Əgər kəskin tədbirlər görməsəydik, Avropanın digər ölkələrin də yaşananları yaşayacaqdıq”, – deyə nazir bildirib.

Nazir ölüm və yoluxma sayının azalmasına sərt tədbirlərlə nail olduqlarını deyib.

İndi Norveçdə az sayda koronavirus hadisəsi görülür. Nazirlik xəstəxanalarda müalicə alan insanların yaxın günlərdə azalacağını söyləyib.

Qeyd edək ki, 5 milyonluq ölkədə 5 min 755 insanda virus aşkarlanıb. 76 nəfər ölüb. 83 nəfər xəstəxanalarda reanimasiyada müalicə alır. (qazet.az)


OXŞAR XƏBƏRLƏR