Hökumət aqrar sektora yarım milyarddan çox vəsait ayırıb

Hökumət aqrar sektora yarım milyarddan çox vəsait ayırıb
Bu bölməyə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,7% təşkil edir.
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 2016-cı il dövlət büdcəsində 684,5 milyon manat vəsait ayrılıb.
Bu bölməyə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,7% təşkil edir ki, bu da 2015-ci ilə nisbətən 0,9% bənd çoxdur. 
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin "Vətəndaşın büdcə bələdçisi” kitabında öz əksini tapıb. 
Nazirlikdən verilən məlumata görə, dövlət ərzaq təhlükəsizliyinin təmin edilməsi və əsas qida məhsulları ilə özünün tam təmin edilməsi üçün büdcədən 186,2 milyon manat ayıracaq:
"Ərzaq təhlükəsizliyinin təmin edilməsi və əsas qida məhsulları ilə özünün tam təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məqsədə 2016-cı ilin dövlət büdcəsində 186,2 milyon manat proqnozlaşdırılıb”.
Bundan başqa, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsi üzrə maddi-texniki təminatının möhkəmləndirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində 50 milyon manat vəsait nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...