İtaliyada pandemiya qurbanlarının sayı 16,5 mini ötdü
Dünya
21:30 / 06.04.2020
4245
İtaliyada son sutka ərzində daha 636 nəfər koronavirusun qurbanı olub.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borelli bildirib.
O, deyib ki, bununla da ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 16 523 nəfərə çatıb.
Bundan başqa, İtaliyada koronavirusa yoluxma halları daha 3 599 nəfər artaraq 132 547-yə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,3 milyonu ötüb. Bunların 275 065 nəfəri sağalıb, 72 636 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.