İnternetdə Göyçayın icra başçısı Mübariz Ağayevin villası kimi təqdim oluna bina uşaq musiqi məktəbidir
Cəmiyyət
10:59 / 12.03.2016
1153
Son günlər bəzi internet saytlarda Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev barədə həqiqəti əks etdirməyən, yalan və şantaj dolu məlumatların yayımlanmasının səbəbi məlum olub. Patriot.az saytının araşdırması zamanı məlum olub ki, Mübariz Ağayevin fəaliyyətini və uğurlarını gözü götürməyənlər yenidən ona qarşı antitəbliğat kampaniyasına başlayıblar. Bəzi insanlar özlərinə yaxın xəbər saytlarında rayonun hörmətli rəhbəri barədə düzgün fakta əsaslanmayan və böhtan xarakterli sifarişli yazılar dərc etdirməklə görəsən nəyə nail olmağa çalışırlar? Bəzi xəbər saytları Göyçay rayon uşaq-musiqi məktəbinin yeni istifadəyə verilən inzibati binasının şəkilini internetdən götürərək Mübariz Ağayevin guya bahalı villası kimi təqdim etmələri çox gülünc doğurur.
Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Hamıya məlumdur ki, Mübariz Ağayev Göyçayın Potu kəndindəki atasına məxsus evdə yaşayır. Onun Göyçay şəhərində və başqa kənddə evi yoxdur. Bunu normal düşüncəsi olan adam xəbərə çevirməz. Mübariz Ağayevin villasının olmadığını siz yaxşı bilirsiniz, amma şərəfsizlik edirsiniz. Deməli o şəkili sayta verən insanların başında ciddi problemi var. Məlumdur ki, şantaj xarakterli bu məlumatı yayan şəxslərin başqa niyyəti var. Onlar düşünmürlər ki, yalan ayaq açar, amma yeriməz. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazıdır. Bəzi saytların isə süni şəkildə qalmaqallı və şok xəbər adlandıraraq bu yazını geniş şəkildə yaymasının səbəbi də hər kəsə məlumdur. Mübariz Ağayevin şəxsi və işgüzar nüfuzuna xələl gətirmək istəyən insanların çirkin niyyətinə çatmayacağı da hamıya məlumdur. Görəsən həmin saytlar nəyə görə hazırda Göyçayda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri barədə yazılar hazırlamır, şəkillər çəkmirlər? Çünki, onların çirkin məqsədi buna imkan vermir. Onlar anlamalıdılar ki, Şöhrət ordenli Mübariz Ağayevi Göyçayın 100 mindən çox əhalisi dəstəkləyir. Hər kəs onun barəsində yazılanların əsassız olduğunu bilirlər. Çünki, Mübariz Ağayev xalqa yaxınlığı ilə fərqlənən, rayon sakinlərinin qayğı və problemləri ilə maraqlanan və onlara daim dəstək olan icra başçısı kimi özünü həmişə doğruldub.
Məlumdur ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin rəhbərliyi ilə son bir il ərzində sürətlə inkişaf edən Göyçay indi ölkənin ən gözəl şəhərləri sırasında yer alır. Ötən müddətdə rayonda həyata keçirilən geniş miqyaslı tikinti-quruculuq və abadlıq işləri son 7 ildə görülən işlərdən daha çoxdur. Həqiqətən də Göyçay bu gün özünün inkişaf dövrünü yaşayış və köhnə Göyçaydan əsər-əlamət qalmayıb. Ötən ilin fevralından bəri rayonda aparılan geniş miqyaslı tikinti-quruculuq və abadlıq işləri Göyçay üçün tarixi hadisə hesab edilir. Çünki, kiçikdən-böyüyə rayonun hər bir sakini yaxşı bilirdi ki, Göyçay bir il əvvələ kimi necə bərbad vəziyyətdə idi. Küçələr dağılaraq yararsız hala düşmüşdü, insanlar toz-torpağın fəsadlarından əziyyət çəkirdi, hər yerdə səliqəsizlik hökm sürürdü, rayon mərkəzində və kəndlərdə təbii qaz, içməli su sarıdan problemlər həllini gözləyirdi. Sakinlər ölkəmizdə aparılan sürətli sosial-iqtisadi inkişaf proqramlarının Göyçayda da həyata keçirilməsini həsədlə gözləyirdilər və bunun üçün uzaqgörən və iş bacaran layiqli rəhbərin olmasını istəyirdilər.
Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mübariz Ağayevin yenidən Göyçay rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi xəbəri Göyçayda əsl bayrama çevrildi. Hər kəs Göyçayın yenidən qurulacağını və inkişaf edəcəyinə əmin olaraq çox sevindi. Mübariz Ağayev rayona yenidən rəhbər qayıdan gündən bəri səmərəli fəaliyyəti ilə ölkə Prezidenti İlham Əliyevin etimadını doğrultdu. Mübariz Ağayev uzun illərdir ki, Göyçayda yığılıb qalan problemlərin həllinə nail oldu. O, qəbuluna gələn bütün insanlarla səmimi görüşlər keçirdi, onların şəxsi problemlərinin həllinə köməklik göstərdi, eyni zamanda bərbad vəziyyətdə olan rayonun inkişafı üçün böyük işlər gördü. Qısa müddətdə Göyçay tikinti meydançasını xatırlatdı. Şəhərin elə bir yeri yox idi ki, orada quruculuq-abadlıq işləri görülməsin. Mübariz Ağayev gözəl Göyçay şəhərinin şöhrətini özünə qaytardı və hazırda bir il əvvəlki Göyçaydan əsər əlamət yoxdur. Ölkə prezidenti İlham Əliyev ötən ilin oktyabrında Göyçaya səfəri zamanı rayonda qısa müddətdə görülən bu işləri yüksək qiymətləndirib və rayonun daha da inkişafı və əlavə tədbirlərin görülməsi üçün 3 milyon manat vəsait ayırıb. Bu gün gözəlliyi ilə diqqət mərkəzində olan Göyçayda böyük canlanma var. Göyçay şəhəri ilk baxışda böyük tikinti meydançasını xatırladır. Rayonun hər yerində tikinti-quruculuq və abadlıq işləri görülür.
PATRIOT.AZ