GÖYÇAYDA TIKINTI-QURUCULUQ VƏ ABADLIQ IŞLƏRI GENIŞ VÜSƏT ALIB-FOTOLAR

GÖYÇAYDA TIKINTI-QURUCULUQ VƏ ABADLIQ IŞLƏRI GENIŞ VÜSƏT ALIB-FOTOLAR
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, bölgələrdə abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq bu gün Göyçay rayonunda infrastruktur və sosial layihələr uğurla həyata keçirilir. Göyçay şəhərində bir ildən çoxdur ki, aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri sürətlə davam etdirilir.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev bildirib ki, hazırda şəhərin küçələri, məhəllə daxili yollar və yaşayış binalarının həyəti yenidən asfaltlanır, piyada səkiləri təmir edilir, hasarlar rənglənir, yeni işıqlandırma dirəkləri quraşdırılır, çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilir, fasad hissəsi müasir üzlük daşları ilə bəzədilir, giriş blokları və pilləkənlər təmir edilir. Küçələrin kənarında və binaların qarşısında səliqə səhman yaradılır, ağac və gül kolları əkilir. Bu gün Göyçay rayonu özünün yeni inkişaf mərhələsini yaşayır. 
Prezident İlham Əliyev Göyçayda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli yaşayış binasının əsaslı təmiri məqsədilə Göyçay Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılıb. Hazırda həmin vəsait hesabına şəhərdəki binaların yararsız dam örtüyü yenilənərək müasir tipli metal örtüklə əvəzlənir. Tədbirlər planına uyğun olaraq 8 beşmərtəbəli, 2 dördmərtəbəli, 2 üçmərtəbəli və 9 ikimərtəbəli binanın 20 min kvadratmertlik dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulur.
İndiyədək 14 min kvadratmetrlik yararsız dam örtüyü yenidən qurulub. Bərpa işləri çərçivəsində binalarda damın taxta şəbəkəsi yenidən qurulur, metal örtük quraşdırılır, yağış sularının axıdılması üçün boru xətləri çəkilir. Daha 6 min kvadrametr dam örtüyünün yenidənqurulması üçün hazırda işlər davam etdirilir. Həmin binaların həyətlərinə bugünədək 10 min kvadratmetr asfalt örtüyü döşənib, yeni bardyorlar qoyulub, lazımsız tikililər sökülərək səliqə-səhman yaradılıb, sakinlərin istirahəti üçün şərait yaradılıb, yaşıllıq zolağı salınıb, ağaclar budanıb, gül kolları əkilib. Hazırda daha 5 min kvadratmetr əraziyə yeni asfaltın vurulması üçün işlər davam etdirilir. Bugünədək binaların giriş bloklarında, pilləkənlərində, fasad hissəsində işlərin 70 faizi yerinə yetirilib. Ötən iki ay ərzində rayonda 7 minə yaxın ağac əkilib. İndiyədək 6 ədəd beşmərtəbəli, 3 ədəd dördmərtəbəli və 6 ədəd ikimərtəbəli binanın fasad hissəsi müasir üzlük daşları ilə bəzədilib, pəncərələr dəyişdirilib. İşlərin qısa zamanda başa çatması üçün çoxlu sayda texnika və işçi cəlb olunub. 
İkram Vəliyev bildirib ki, son bir ildə Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması layihəsinin ikinci mərhələsində işlər başa çatdırılıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun Yeniarx, Bığır, Mirzəhüseynli, Türkmən və Alpout kəndlərində modul tipli su təmizləyici qurğuların inşası yekunlaşıb. Hazırda isə Qəbələ-Müskürlü, Mallı-şıxlı, Veysəlli, Şıxəmir, Kürdşaban və Qaraman kəndlərində su təmizləyici qurğuların quraşdırılması işləri aparılır. Şəhərin Heydər Əliyev prospektində, Natavan, Ə.Kərim, M.Hüseynzadə, Nizami, M.Ə.Rəsulzadə küçələrində əsaslı yenidənqurma işləri başa çatdırılıb, şəhərin N.Nərimanov, Atatürk, Fizuli, Qantəmir, R.İsayev, Bakı, Zərdabi, Z.Nəcəfov, 28 may, N.Rəfibəyli, Sabir, Ə.Cavad küçələrinə 250 min kvadratmetr ərazidə yeni asfalt örtüyü döşənib. 
Həmçinin, ötən bir il ərzində YAP Göyçay rayon təşkilatı, gənclər mərkəzi, regional kənd təsərrüfatı idarəsi, bayraq muzeyi və uşaq-musiqi məktəbi, Qızılağac və Alpout kəndlərində həkim məntəqələri üçün yeni inzibati binaların tikintisi, Heydər Əliyev Mərkəzinin qarşısında müasir parkın salınması işləri, Yuxarı Şirvan kanalı üzərində "Göyçay-1” SES-in inşası, Göyçay Mərkəzi rayon Xəstəxanasının, şahmat məktəbinin, Göyçay Regional Peşə Tədrisi Mərkəzinin əsaslı təmiri işləri başa çatdırılıb. Rayonun Yekəxana, Şahsoltanlı, Məlikkənd, Şıxbəy, Şıxəmir, Alxasava və Aşağı Qaraməryəm kəndlərinə təbii qaz verilişi bərpa edilərək rayon üzrə mavi yanacaqla təmin olunan yaşayış məntəqələrin sayı 30-a çatdırılıb, daha 11 kənddə yeni qaz xətlərinin çəkilişi işlərinə başlanılıb. Muğanlı-Yevlax magistral avtomobil yolunun Göyçay rayonu ərazisindən keçən hissəsinin tikintisi başa çatdırılıb, 19,2 kilometr uzunluğu olan Göyçay-Ucar avtomobil yolu əsaslı təmir edilib, 5,5 kilometr uzunluğu olan Mallışıxlı-Ərəğşahverdi, 5,6 kilometr uzunluğu olan Müskürlü-Qəbələ Müskürlü, 6,8 kilometr uzunluğu olan Qarabaqqal-Hacalıkənd kəndlərarası avtomobil yolları yenidən asfaltlanaraq əhalinin istifadəsinə verilib.
Göyçayda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb-FOTOLAR

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...