"Bayern" Boatenqi cərimələdi

 

"Bayern” karantin qaydalarını pozan Jerom Boatenqi cərimələyib.

 

Sfera.az  xəbər verir ki, Qana əsilli alman futbolçunun ödədiyi pul koronavirusla mübarizə üçün şəhər xəstəxanalarına veriləcək.

 

31 yaşlı müdafiəçi karantin qaydalarını pozaraq avtomobili ilə Münhendən Leypsiqə gedib. O, şəhərə qayıdan zaman avtomobil qəzasına düşüb.


OXŞAR XƏBƏRLƏR