SOCAR-ın prezidenti Neft Daşlarında olub

SOCAR-ın prezidenti Neft Daşlarında olub
 Aprelin 2-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri əməkdaşların iş və məişət şəraiti ilə, koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə həyata keçirilən profilaktik tədbirlərlə yerində tanış olmaq məqsədi ilə Neft Daşlarına səfər etmişdir.

SOCAR prezidenti NQÇİ rəhbər şəxslərinin məruzəsini dinləmiş və demişdir: "Əslində mən gündə bir neçə dəfə dəniz obyektlərimizdən məlumat alıram. Nə qədər məlumatlı olsam da və hər şeyin yaxşı olduğuna inansam da, vəziyyətlə şəxsən tanış olmaq üçün bu gün sizinlə görüşmək istədim. Gəldim ki, hər şeyi yerində, öz gözlərimlə görüm və bir daha əmin olum ki, uzadılmış növbə rejimində işçilər üçün hər cür şərait yaradılmışdır. Uzadılmış növbə rejiminin nə qədər çətin olduğunu mən bilirəm. Xüsusilə özüllərdə 15 gündən artıq qalmaq çox çətindir. Amma təşəbbüsün sizin tərəfdən gəlməsi çox təqdirə layiqdir. Sizin bu təşəbbüsünüz alqışlanmalıdır. Gündə 400 işçi dəniz obyektlərinə işə gətirilir. Karantin keçməmiş və virusa yoluxmuş bir nəfər də çox böyük risk idi. Amma indi biz artıq bütün hazırlıqları gördük və ayın 10 dan başlayaraq növbələr tədricən dəyişiləcək. Sizə bu fədəkarlığınıza görə təşşəkür edirəm. Bu gün ön cəbhədə olan həkimlərimiz, polislərimiz, əsgərlərimiz kimi siz neftçilər də çox mühüm və həyati əhəmiyyətli fəaliyyətinizlə qəhrəmanlıq nümunəsi göstərirsiniz. İnanıram ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə xalqımız tez bir zamanda pandemiya təhlükəsini dəf edəcək və birliyimiz, həmrəyliyimiz sayəsində çətinliklərə qalib gələcəkdir. Neftçilərimiz onlara bəslənən etimadı həmişə olduğu kimi öz işləri ilə doğruldacaq, bu sınaqdan da alnıaçıq-üzüağ çıxacaqlar.”

SOCAR-ın prezidenti "Neft Daşların”da istehsalat sahələrinə baxış keçirmiş, neftçilərin güzəranı və məişət şəraiti ilə yaxından tanış olmuşdur.

Dəniz platformalarında koronavirusun yayılmasına yol verməmək məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 101-ci maddəsinə və SOCAR ilə Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə əmr-qərarına əsasən, SOCAR-ın dəniz obyektlərində növbə metodlu iş rejimi ilə çalışan işçilərinin iş qrafiklərində dəyişiklik edilərək, 15 günlük iş rejimi ilkin olaraq 1 ay müddəti ilə əvəz edilmiş, daha sonra isə 2 aylıq iş rejimi müəyyən edilmişdir. Şirkətin dəniz obyektlərindəki bütün istehsalat sahələrində və inzibati binalarında mütəmadi dezinfeksiya işləri aparılır. Həmçinin işçilərin gigiyenik davranış qaydalarına əməl etmələri üçün maarifləndirici materiallar hazırlanmış və işçilər arasında yayılmışdır. Bütün iş sahələrində əməkçilərlə maarifləndirici söhbətlər aparılmışdır və bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın yaydığı məlumatda qeyd olunduğu kimi, bir çox digər qurumlarla yanaşı SOCAR-ın müəyyən edilmiş işçiləri, xüsusilə aidiyyəti rəhbər işçiləri bayram günlərində iş başında olmuşlar. SOCAR-ın fəaliyyət sahələrində, o cümlədən dəniz obyektlərində istehsalat əməliyyatları tam gücü ilə davam edir və şirkətin strukturlarında epidemiyanın yayılmasına qarşı görülən tədbirlərə nəzarət təmin olunub.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...