Moskvada 9 May Qələbə paradının sentyabrda keçirilməsi nəzərdən keçirilir

Moskvada 9 May Qələbə paradının sentyabrda keçirilməsi nəzərdən keçirilir

Rusiyada koronavirusun yayılması təhlükəsi ilə bağlı 9 may Qələbə paradının İkinci Dünya müharibəsinin başa çatdığı gün - sentyabrın 2-də keçirilməsinin mümkünlüyünə baxılır.

APA-nın Moskva müxbirinin Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Krem və Müdafiə Nazirliyində Qələbə paradının payızda keçirilməsi ssenarisinə baxılır.

Ancaq belə olan halda parad izləyicilərin iştirakı ilə baş tuta bilər.

 

Bununla yanaşı 9 May paradının izləyicilərsiz keçirilməsi variantı da qüvvədə qalır.


OXŞAR XƏBƏRLƏR