Azərbaycanlı xanım rektordan Türkiyədə rekord nəticə

Azərbaycanlı xanım rektordan Türkiyədə rekord nəticə

Martın 10-da Türkiyənin Giresun Universitetində yeni rektoru müəyyən etmək üçün seçki keçirilib. 10 namizədin yarışdığı seçkidə hazırkı rektor professor Aygün Attar rekord nəticə ilə birinci yeri tutub. Seçkidə 260 səs toplayan A.Attarın əsas rəqibi kimi təqdim olunan Cevdet Coşkun isə sadəcə 103 səs toplaya bilib. Üçüncü yerin müəllifi Edip Özer 8, dördüncü yerin müəllifi Ali Ömer Üçler isə 4 səs toplayıblar. Digər namizədlər sadəcə 1 səs toplaya biliblər.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, A.Attar əslən Azərbaycanlıdır. Qardaş Türkiyəyə SSRİ-nin dağılma mərhələsində ilk gedən Azərbaycanlılardan biridir. Qarabağ bölgəmizdən olan xanım rektor Türkiyədə istər elmi fəaliyyətlərində, istərsə də rektorluğu dövründə ciddi uğurlara imza atıb. Qarabağ problemi və uydurma Erməni iddialarıyla bağlı ciddi elmi əsərlərə imza atıb. Eyni zamanda Türkiyə KİV-də bu mövzularla bağlı mütəmadi olaraq çıxışlar edir. Onun rektorluğu dövründə Giresun Universiteti Azərbaycan-Türkiyə qardaşlığının sağlam körpülərindən birinə çevrilib. Universitetin mərkəzi meydanı Qafqaz İslam Ordusunun adını daşıyır. Universitetdə mütəmadi olaraq Azərbaycan ilə və Türk dünyasının digər bölgələriylə bağlı elmi və mədəni tədbirlər keçirilir.

Qaydalara görə ən çox səs toplamış 6 namizədin adı universitet tərəfindən Türkiyənin Ali Təhsil Qurumuna (YÖK-ə) göndəriləcək. YÖK 6 namizəddən 3-nün adını Türkiyə prezidenti Recep Tayyip Erdoğana təqdim edəcək. Prezident Erdoğan isə bu 3 nəfərdən birini rektor təyin edəcək. Seçkinin nəticələrindən və Azərbaycan-Türkiyə münasibətlərinin xarakterindən yola çıxaraq demək mümkündür ki, A.Attar növbəti dəfə Giresun Universitetinin rektoru təyin ediləcək və istər elmi sahədə, istərsə də Türkiyə-Azərbaycan qardaşlığına töhfə verməyə davam edəcəkdir.


OXŞAR XƏBƏRLƏR

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...