Tibb bacısı koronavirusdan ölənlərin elə fotosunu paylaşdı ki... - FOTO
Dünya
23:50 / 01.04.2020
20251
Nyu-Yorkun Manhettenxəstəxanasının bir işçisi vəziyyətin ciddiliyini göstərən bir görüntü paylaşıb. Foto koronavirusla qeyri-bərabər döyüşdə həyatını itirənlər üçün səyyar meyitxanaya çevrilən soyuducununiçərisindən çəkilib.
Sfera.azbildirir ki, mənbənin adı və işlədiyi yer açıqlanmır. Ancaq qadının təcili yardımda tibb bacısı kimi çalışdığı bilinir. Xanım şəkli növbədən evə qayıdarkən çəkib.
Qadının sözlərinə görə, bu fotoşəkil insanlara vəziyyətin ciddiliyini anlamağa kömək etməlidir. Fotoda ölülərin cəsədləri çantalara yığılmış və soyuducunun döşəməsinə 2 sıra qoyulmuşdur. Tibb bacısı paylaşdığı fotolara "bu, Holokost kimi bir şeydir", - deyə rəy bildirib.
Orxan
Sfera.az