Qorxulu AÇIQLAMA - İnsanlar və mədəniyyətlər məhv olacaq
22:24 / 01.04.2020
12383
Böyük Britaniyadan olan Lyois Uolker adlı şəxs yerli mətbuata diqqətçəkən açıqlamalar verib.
Sfera.az xəbər verir ki, vaxtilə Müdafiə Nazirliyində fəaliyyət göstərdiyini deyən şəxs, xüsusi qurğu ilə 4413-cü ilə səyahət etdiyini iddia edib. Uolkerin iddiasına görə, o "səyahət qurğusu" ilə gələcəyə gedib. Gələcək barədə məlumat verən Uolker bildirib ki, "səyahət qurğusu"nun mövcudluğu barədə insanlara ilk dəfə 2028-ci ildə açıqlama veriləcək. Onun sözlərinə görə, gələcəkdə insanlar və mədəniyyətlər yox olacaq.
Uolker deyib ki, "səyahət qurğusu" Böyük Britaniya ordusu tərəfindən ilk dəfə 1977-ci ildə test edilib. Qeyd edək ki, internet istifadəçiləri Uolkerin iddialarını əsassız adlandırıb. (publika.az)