Videoda filtri bağlaya bilməyən şirkət rəhbəri iclasa “kartof” kimi qatıldı - FOTO
19:45 / 01.04.2020
10176
Koronavirus pandemiyası səbəbindən evdə işləməyə başlayan əksər adamlar telekonfranslar üçün nəzərdə tutulmuş yeni tətbiq və proqramlardan istifadə etməyə başlayıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da bir şirkətdə belə iclaslarının birində kuryoz hadisə yaşanıb.
Belə ki, şirkət rəhbəri videokonfransa qoşularkən səhvən özünü kartof kimi göstərən filtri açıb, ancaq sonra bu funksiyanı dayandıra bilməyib. Beləliklə, bütün iclası "kartof” görünüşü ilə keçirib.
Toplantının və şirkət rəhbərinin ekran görüntüsünü işçilərdən biri "Twitter” hesabından paylaşıb:
"Şefim "Microsoft Teams” proqramı ilə keçirdiyimiz görüşdə filtri necə bağlayacağını bilmədi, həmin səbəbdən böyük iclası bu formada keçirməli oldu”.