Somalinin sabiq Baş Naziri koronavirusdan vəfat edib
Dünya
14:20 / 01.04.2020
5352
Somalinin sabiq Baş Naziri Nur Həsən Hüseyn koronavirusdan vəfat edib.
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, o Londonda müalicə olunduğu xəstəxanada ölüb. Sabiq Baş Nazirin oğlu atasının Böyük Britaniyada dəfn olunacağını bildirib.
Qeyd edək ki,Nur Həsən Hüseyn 2007-2009-cu illərdə Somalinin Baş Naziri olub