İranlı general Allahşükür Paşazadədən xeyir-dua istədi – FOTO

İranlı general Allahşükür Paşazadədən xeyir-dua istədi – FOTO
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Oxu.Az-a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycan və İran dövlətləri arasında mövcud tarixi, mədəni, dini-mənəvi əlaqələrin əhəmiyyəti vurğulanıb, bu əlaqələrin iki dost, qardaş və qonşu xalqlarımızın həyatın bütün sahələrində tərəqqisinə xidmət etdiyi bildirilib. 

Xalqlarımız birləşdirən dəyərlər srasında ortaq mənəvi dəyərlərin rolunu xüsusi qeyd edən iranlı qonaq Azərbaycana sayca üçüncü səfərindən, Azərbaycanın dövlət başçısı və azərbaycanlı həmkarı ilə keçirdiyi görüşlərdən məmnunluğunu vurğulayıb.

Sərhədçilər qarşısında mühüm vəzifələr sırasında narkotik qaçaqmalçılığı və terrorizmlə mübarizənin ön sıralarda durduğunu bildirən qonaq, sərhədçilərin fəaliyyətlərinin uğuru üçün şeyxülislamdan din xadimi olaraq xeyir-dualarını əsirgəməməsini xahiş edib.

QMİ sədri Azərbaycanın ərazi bütövlüyünün bərpasının xalqımız üçün prioritet əhəmiyyət daşıdığına diqqət çəkərək, həm coğrafi, həm də mənəvi sərhədlərimizin təhlükəsizliyinin qorunması işinə uğurlar diləyib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayin görüşdə iştirak edib.

 

 














OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...