"Koronavirusun dərmanını hazırladıq" - TÜRK ALİMDƏN ŞAD XƏBƏR

"Türkiyə yerli yeni növ koronavirus dərmanını və vaksinini hazırlayıb. Dərman 4 ay, vaksin isə 1 il ərzində istifadəyə hazır olacaq".

Sfera.az Metbuat.az-a istinadla xəbər verir ki, bunu Boğaziçi Universitetinin Molekulyar Biologiya və Genetika kafedrasının professoru Nəsrin Özörən deyib.

N.Özörən və komandası virusun vaksininin hazırlanması üçün quş qripi və xərçəngin müxtəlif növlərinin araşıdırlmasında uğurlu nəticələr əldə etməyə imkan verən "mikrokürə" texnologiyasından istifadə edəcək: "Loboratoriyamız 15 ildir fəaliyyət göstərir. Mikrokürələri koronavirusun tac kimi görünən "spike" adlı xarici protein hissələrinə yerləşdirəcəyik. Bunu sprey formalı vaksin olaraq da hazırlamağı planlaşdırırıq. Təxminən 4 ay ərzində dərmanı, 1 il müddətində isə vaksini hazır edə biləcəyik".

Alim qeyd edib ki, insanlar dərhal nəticə əldə olunmasını istəyir: "Amma bu mümkün deyil. Virus 3 aydır meydana çıxıb. Vaksin əvvəlcə heyvanlar üzərində sınaqdan keçirilməlidir. Birbaşa insanlara tətbiq olunması doğru deyil. Bunu edənlər var. Onlar heyvanlar üzərində sınaq etmədən birbaşa insanlara tətbiq edirlər. Sona yaxşınlaşsaq, bəlkə, biz də edərik. Lakin tövsiyə etmirik. Vəziyyətin ağırılığını başa düşürük, amma hələlik həmin məqama yetişməmişik".


OXŞAR XƏBƏRLƏR

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...