Putinlə görüşən baş həkim koronavirusa yoluxdu - Foto
Dünya
00:38 / 01.04.2020
8457
Moskvanın 40 nömrəli Kliniki Şəhər Xəstəxanasının baş həkimi Denis Proçenko koronavirusa yoluxub.
Sfera.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə həkim Feysbuk səhifəsində yazıb.
O, səhhətinin normal olduğunu bildirib.
Qeyd edək ki, baş həkim ötən həftə klinikanı ziyarət edən Rusiya Prezidenti Vladimir Putinlə görüşmüşdü.