Məscidə 600 manat borc yazıb, işığın kəsdilər

Məscidə 600 manat borc yazıb, işığın kəsdilər
Cəlilabadın Xəlil kəndində məscidin işığını kəsiblər. Bu isə kənd sakinlərinin narazılığına səbəb olub.


Bunu virtualaz.org saytına müraciət edən kənd sakini Elman Məmmədov deyib.


Onun sözlərinə görə, məscidə hər ay dövlət tərəfindən 200 kv/saat enerji verilir. "Məscidə sayğac quraşdırılıb, lakin indiyə qədər bir dəfə də olsa sayğaca nəzarət edilməyib. İndi isə guya borca görə işıq kəsilib", - deyə şikayətçi əlavə edib.


E.Məmmədov qeyd edib ki, Cəliladad rayon Elektrik Şəbəkəsindən bildiriş gəlib: "Məscidə ünvanlanan bildirişdə göstərilir ki, elektrik enerjisinin istifadəsinə görə fevralın 1-nə 576 manat borc yığılıb. Halbuki, biz yalnız Məhərrəmlikdə işıq sərf edirik. Yalnız 2 lampa yanır ki, bu da bu qədər vəsait etməz. İndiyədək sayğac yoxlanmayıb, borc yığılması ilə bağlı xəbərdarlıq edilməyib".


Kənd sakinlərinə ilkin olaraq 100 manat borcun ödənilməsi təklif edilib. Sakinlər isə bu pulu ödəyə bilməyiblər. Nəticədə işığı kəsiblər.

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...