1 hərf səhvinə görə 1 milyardı itirdi...

1 hərf səhvinə görə 1 milyardı itirdi...
Orfoqrafik səhv hakerlərin Banqladeş Mərkəzi Bankının Nyu York Federal Rezerv Bankında saxlanılan hesablarından 1 milyard dollara yaxın pul oğurlamasına mane olub. 
Buna baxmayaraq, naməlum hakerlər hesablardan 80 milyon dollardan çox pul çıxara biliblər.

Oğurluq fevralın əvvəllərində baş verib. Kibercinayətkarlar Banqladeş Mərkəzi Bankının sisteminə daxil olaraq Filippin və Şri-Lankada yerləşən müxtəlif təşkilatların hesablarına pul köçürülməsi üçün 30-a yaxın sorğu veriblər. İlk 4 sorğu təsdiqlənib və 81 milyon dollar köçürülüb. Lakin "Shalika Foundation” adlı qeyri-kommersiya təşkilatının hesabına 20 milyon dollar pul köçürülməsini nəzərdə tutan beşinci sorğu ödənişin həyata keçirildiyi "Deutsche Bank”ın mütəxəssislərində şübhə yaradıb. Bank işçiləri "foundation” əvəzinə sorğuda "fandation” yazıldığını fərq ediblər. Bu yanlılıq onları dəqiqləşdirmə aparmaq məqsədilə Banqladeş Mərkəzi Bankı ilə əlaqə yaratmağa sövq edib. Nəticədə fırıldaq üzə çıxıb və qalan sorğular ləğv edilib.

Hakerlər ümumilikdə 850-870 milyon dollar oğurlamaq istəyirmiş.

Banqladeş Mərkəzi Bankı oğurlanmış vəsaitin bir hissəsini geri qaytarmağa nail olduqlarını açıqlayıb. Filippin hüquq-mühafizə orqanları ilə birgə iş davam etdirilir.(iktlent)

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...