Ukraynada eynicinsli nikahlar qanuniləşə bilər

Ukraynada eynicinsli nikahlar qanuniləşə bilər
Ukrayna Nazirlər Kabineti vətəndaş tərəfdaşlığının, o cümlədən də eynicinsli cütlüklərin nikahının qanuniləşdirilməsinə dair qanun layihəsini işləmək və nəzərdən keçirmək niyyətindədir.
Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, müvafiq qərar hökumət tərəfindən təsdiqlənmiş 2020-ci ilə qədər insan haqları sahəsində milli strategiyanın həyata keçrilməsi üzrə fəaliyyət planından ibarətdir.
Daha öncə Kiyevin və bütün Ukraynanın mitropoliti Onufriy bəyan etmişdi ki, Moskva patriarxatının Ukraynanın Pravoslav kilsəsi bu ölkədə eynicinsli nikahların qanuniləşdirilməsindən narahatdır.
Onun sözlərinə görə, "belə yeniliklər Ukraynda homoseksual həyat tərzinin təbliğatı və eynicinsli nikahların qanuniləşdirilməsi istiqamətində atılan ilk addımlar ola bilər”.
"Ukraynada əmlak və qeyri-əmlak hüquqları, mülkiyyətin sahibliyi və vərəsəlik, əmək qabiliyyətini itirdiyi halda bir tərəfdaşın digərini təmin etməsini nəzərə alınaraq müxtəlif cinsli və eynicinsli cütlüklərin vətəndaş tərəfdaşlığının qanuniləşdiirlməsinə dair qanun layihəsinin hazırlanması və Ukrayna Nazirlər Kabinetinə baxılması üçün təqdim edilməsi”, - ölkədə diskriminasiyanın qarşısının alınmasına dair tədbirlər planında deyilir.

OXŞAR XƏBƏRLƏR

Bloqqer cərrahdan bərbad karyera üçün milyonlarla pul tələb edir - FOTO

Böyük Britaniyadan olan gözəllik bloqqeri Danielle Mansutti cərrahı məhkəməyə verərək ondan 1,7 milyon funt-sterlinq təzminat tələb edir.   Sfera.az bi...

Qadın lotereyada 2,5 milyon dollar qazandı: Kasıba verdiyi gödəkçənin cibində getdi

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 76 yaşlı Mildred Simoneriluto lotereyada 2,5 milyon dollar qazanıb. Lakin lotoreya bileti təsadüfən onun xeyriyyə təşkilatı...

Ustalar tikinti zamanı divarın altında qızıllarla dolu xəzinə tapdılar - FOTO

Fransada “Dordon” departamentinin bərpa işləri zamanı qızıl və almazdan ibarət xəzinə tapılıb. Zərgərlik əşyaları qədim daş divarın altında gizlədil...

Qeyri-adi doğuş: 4 aylıq fərqlə doğulan əkizlər - FOTOLAR

Körpələrdən biri ABŞ-da surroqat ana ilə, digəri isə gözlənilməz və təbii hamiləlikdən sonra dünyaya gəlib.   Bu qeyri-adi hekayə itki ilə başlayıb. 20...

Qadın 10 ildir özünə heç nə almır: Puldan tamamilə imtina edib

Joe Nemethin (Co Nemet) stabil maaşı, ipoteka krediti və maşını yoxdur. O, on ildir ki, yeni heç nə almır və nadir hallarda alış-verişə gedir. Bununla belə, o, ...

İran hava məkanını bağlayır - Ordu döyüş vəziyyətinə gətirilir

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.   Sfera.az xəbər verir ki, bu ba...