Rayonlara gedən avtobusların sayı 2 dəfə artacaq

Rayonlara gedən avtobusların sayı 2 dəfə artacaq
Novruz bayramı ilə əlaqədar olaraq, martın 15-dən Bakı Beynəlxalq Avtovağzal Kompleksində gecləndirilmiş iş rejiminə keçirilib. Bu isə ayın 28-dək davam edəcək. 
Bu barədə Oxu.Az-a açıqlamasında Kompleksin növbə rəisi Məhəmməd Abdullayev bildirib. 
Onun sözlərinə görə, bayram ərəfəsində xəttə buraxılacaq avtobusların sayının təxminən 2 dəfə artması gözlənilir:
"Adi günlərdə 300-320 nəqliyyat vasitəsi ilə 7000-7500 sərnişin yola salınırdı. Bayram ərəfəsində isə 600-700 nəqliyyat vasitəsi ilə 16-17 min sərnişinin yola salınması gözlənilir”.
M.Abdullayev qeyd edib ki, süni qiymət artımı ilə bağlı kommissiya yaradılıb:
"Qiymətlərə nəzarət etmək üçün 11 nəfərdən ibarət komissiya fəaliyyət göstərir. Kənardan dəvət etdiyimiz hər-hansı bir nəqliyyat vasitəsi qiymətlərdə dəyişiklik edə bilər. Qiymət komissiyasının üzvləri belə bir halın yaşanmaması üçün bu məsələləri nəzarətdə saxlayacaq”.
"Nəzərinizə çatdırım ki, adi günlərdə olduğu kimi bütün təyin olunmuş qrafiklərimiz üzrə 10 gün əvvəlcədən bilet satışları həyata keçirilir. Həm adi qaydada, həm də onlayn vasitəsilə”, - deyə Kompleskin növbə rəsisi əlavə edib. 
O, həmçinin vurğulayıb ki, bayram ərəfəsində bütün istiqamətlərdə sıxlıq müşahidə olunacaq. 
"Bütün istiqamətlər üzrə də, əlavə nəqliyyat vasitəsi xəttə buraxılacaq”, - deyə Abdullayev qeyd edib. 

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...