Rusiyada koronavirusa görə nikah və boşanmaların dayandırılması təklif olunub
Dünya
14:40 / 31.03.2020
4854
Rusiya Federasiyası Ədliyyə Nazirliyi ölkə ərazisində nikah qeydiyyatının və boşanmaların müvəqqəti dayandırılmasını təklif edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ölkədə əlverişsiz epidemioloji vəziyyətə görə nikah və boşanmaq qeydiyyatlarının dayandırılması təklif olunub.
İndiyə kimi təyin olunan nikah və boşanma qeydiyyatları isə iyunun 1-dən sonraya keçiriləcək.