İlham Əliyev görüşlər keçirdi - YENİLƏNİB

İlham Əliyev görüşlər keçirdi - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişovu qəbul edib.
Oxu.Az-ın məlumatına görə, prezident İlham Əliyev Vladimir Kulişovun ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlərin müzakirəsi və birgə fəaliyyətin əlaqələndirilməsi baxımından məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirib.  
Dövlət başçısı iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayıb. Əməkdaşlığın daha da dərinləşdirilməsinin önəmini qeyd edən prezident İlham Əliyev bildirib ki, bu öz növbəsində həm insanların ünsiyyət qurmalarına və ticarət aparmalarına, iş adamlarının əlaqələri genişləndirmək üçün sərhədi maneəsiz keçmələrinə, həm də cinayətkar elementlərin, qaçaqmalçıların, terrorçuların, narkotik alverçilərinin qarşısının alınması işinə xidmət edə bilər. 
Dövlət başçısı Azərbaycanla Rusiyanın sərhəd xidmətlərinin qarşısında ümumi məqsəd və vəzifələrin durduğunu, birgə səylərin gücləndirildiyini qeyd edərək qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsinin önəmini vurğulayıb.
Öz növbəsində, Vladimir Kulişov iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın və birgə fəaliyyətin konstruktiv xarakter daşıdığını deyib. O, ölkələrimizin sərhəd xidmətləri arasında təmasların təkcə rəhbərlik səviyyəsində deyil, eyni zamanda, ekspertlər səviyyəsində də keçirildiyini bildirərək bunun sərhəddəki şəraitə nəzarət edilməsi, ayrı-ayrı qanun pozuntularına cəhdlərin qarşısının alınması və davamlı sərhəd təhlükəsizlik sisteminin formalaşdırılmasında önəmli rol oynadığını vurğulayıb.
13:58
Azərbaycan Prezidenti İlham Əliyev İran Sərhəd Qoşunlarının komandanıQasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az-ın məlumatına görə, bu yaxınlarda İran İslam Respublikasına uğurlu səfərini məmnunluqla xatırlayan dövlət başçısı səfərin gözəl nəticələr verdiyini deyib və ölkələrimiz arasında əməkdaşlığa dair ikitərəfli 12 sənədin imzalanmasının önəmini qeyd edib.
Prezident İlham Əliyev bütün sahələri əhatə edən əməkdaşlığımızın hazırda sürətlə inkişaf etdiyini bildirib. İran və Azərbaycan Sərhəd xidmətləri arasında əlaqələrin artıq böyük tarixə malik olduğunu vurğulayan dövlət başçısı Q.Rzayinin ölkəmizə səfərinin bu əlaqələrə yeni təkan verəcəyini bildirib.
İ.Əliyev qeyd edib ki, ölkələrimizi və xalqlarımızı böyük tarix birləşdirir. Dövlət başçısı hazırda ölkələrimizin beynəlxalq çağırışlara qarşı birgə fəaliyyət göstərdiklərini qeyd edib, iki ölkənin Sərhəd Xidmətinin fəaliyyətinin əlaqələndirilməsinin genişləndirilməsinin və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Q.Rzayi isə Azərbaycan və İran prezidentlərinin ölkələrimizin Sərhəd xidmətləri arasında əlaqələrin inkişafına verdikləri dəstəyin önəmini vurğulayıb. O, prezident İlham Əliyevin İrana son səfərini və səfər zamanı məhsuldar görüşlərin keçirildiyini məmnunluqla qeyd edib. Q.Rzayi yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimizin Sərhəd xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi işinə təkan verəcəyini bildirib.
Dövlət başçısı daha sonra Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlersi qəbul edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun yaxşı ənənəyə çevrildiyi və tədbirə olan marağın ildən-ilə artdığı vurğulanıb. Forumda müzakirə edilən məsələlərin əhatə dairəsinin getdikcə daha da genişləndiyi və aktuallığı ilə diqqəti cəlb etdiyi bildirilib. Tədbirin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkan yaratdığı qeyd edilib.
Bu gün Azərbaycan Prezidentinin Finlandiya Respublikasının sabiq Prezidenti xanım Tarya Halone ilə də görüşü baş tutub.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsindən məmnunluq ifadə edilib. Forumun artıq aparıcı beynəlxalq müzakirə məkanları ilə eyni sırada dayandığı vurğulanıb. Tədbirdə müzakirə edilən məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyi əminliklə qeyd olunub.

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...